Şriftin ölçüsü :

Saytın rəngi :

Gender bərabərliyi və qadın hüquqları

23 yanvar 2015 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyətinin təşəbbüsü və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 23 yanvar 2015-ci il tarixdə “Gender bərabərliyi və insan hüquqları” mövzusunda elmi-praktik konfrans keçirilib.
RTŞ-nin müdiri Rasim Orucov “Təhsil müəssisələrində gender problemi” mövzusunda çıxış edib.
Gender bərabərliyindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülər Baxışova, İsmayıllı rayon prokurorunun köməkçisi Turxan Seyid, İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva çıxış edərək cəmiyyətin düzgün formalaşmasında təhsil və ailənin mühüm rolundan, müasir ailələrin üzləşdikləri problemlərdən, bu sahədə görülən işlərdən söz açıblar.
Konfrans maraqlı müzakirələrlə davam edib.

Keçidlər