Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti açıq dərs

23 yanvar 2015 | 16:00

23 yanvar 2015-ci il tarixdə İsmayıllı Rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin irsinin daha dərindən öyrənilməsi məqsədi ilə növbəti açıq dərs keçirilib. Dərsdə İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin XI sinif şagirdləri iştirak edib.Şagirdlər əvvəlcə ekspozisiya zallarında sənədlər və fotolarla tanış olublar.Sonra  Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən filmə baxılıb. Şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Şahin Kərimov diqqətə çatdırıb ki, bütün mənalı həyatını öz xalqının taleyi ilə bağlayan Heydər Əliyevin fəaliyyəti Azərbaycanın tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı naminə faydalanacaqdır.
        İsmayıllı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov çıxış edərək bildirib ki, Ulu öndərin əsasını qoyduğu və onun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib.
Qeyd edək ki, ulu öndər Heydər Əliyevin həyatı, onun Azərbaycanın inkişafı və tərəqqisi istiqamətindəki fəaliyyəti ilə bağlı məlumatlar şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər