Aşəqbayramlı kəndində səyyar görüş-qəbul keçirilmişdir
30 yanvar 2015 | 16:00
Aşıqbayramlı kəndində RİH başçısı Mirdaməd Sadıqovun sakinlərlə səyyar görüş-qəbulu keçirilib. Kənd sakinləri ilə görüşdə Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı idarə və müəssisələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə kəndin bir sıra sosial-iqtisadi problemləri diqqət mərkəzində olub. Kənd sakinləri rayonda görülən quruculuq-abadlıq işlərindən razılıq ediblər.
Çıxış edən sakinlər tərəfindən kəndin ümumi və öz şəxsi problemləri barədə RİH-nin başçısına məlumat verdilər.
RİH başçısı problemlərin həlli ilə əlaqədar aid idarə və təşkilatların rəbərlərinə tapşırıqlar verdi.