Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı 2015-ci ilin “Gənclər paytaxtı”dır.

05 fevral 2015 | 16:00

İsmayıllı 2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı”  seçilib. Paytaxtın simvolik açarı 02 fevral 2015-ci il tarixdə “Buta” sarayında Azərbaycan Gənclər günü münasibətilə keçirilən təntənəli tədbirdə İsmayıllı gənclərinin nümayəndələrinə təqdim edilib. Bununla əlaqədar rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov demişdir:
          -23 yanvar 2013-cü ildə İsmayıllıda məmur özbaşnalığına qarşı qanunsuz yolla etiraz edilmişdi. Səbəb də o idi ki, gənclərin məşğuliyyəti aşağı səviyyədə idi, problemləri ilə baş-başa qalmışdılar. Gənc ailələrin mənzil, iş problemləri ilə məşğul olan yox idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə bütün varlığımızla minnətdarıq ki, baş verən hadisələrə çox düzgün və obyektiv qiymət verdi. Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə hər bir sahədə dövlət siyasətinə sədaqət göstərən, fəaliyyətində yalnız qanunlara əsaslanan, ölkə rəhbərinin sərəncam, tapşırıq və tövsiyyələrini məsuliyyətlə yerinə yetirən elm adamı, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Mirdaməd Sadıqovu göndərdi. Həmin vaxtdan başlayaraq gənclərin sosial həyatı, məşğuliyyəti, intelektual inkişafı, yeni düşüncə tərzinə yiyələnməsi, təhsilin keyfiyyətcə yüksəlməsi üçün müasirliyi və optimallığı ilə seçilən tədbirlər həyata keçirilir.
   Gənclərin və idmançıların hər bir uğuru rayon rəhbərliyi və Gİİ-si tərəfindən təqdir olunur, mükafatlandırılır. İndi İsmayıllı idmançıları sırasında  bəzi idman növləri üzrə Dünya və Avropa  çempionları vardır. 2 idmançımız Avropa oyunlarında iştirak  üçün vəsiqə qazanıb. 2014-cü ildə 32 nəfər gənc mütəxəssis inzibati idarəetməyə və dövlət qulluğuna cəlb edilib. Bir qrup  gənc rayon icra hakimiyyətinin dəstəyi ilə  ingilis dili və dizayner kurslarını keçdikdən sonra  “İnnovasiya mərkəzi”ndə birləşiblər. Mərkəz yeni  layihələr  hazırlayır,  həyata keçirilən layihələrin  icrasında fəal iştirak edir.
   Peşə tədris Mərkəzi və İsmayıllı Dövlət Humanitar və Texnologiya kolleci öz fəaliyyətləri ilə rayona qaynar gənclik həyatı gətirib.
Bax, bu yollarla “Gənclər paytaxt”ı seçiminə çatmışıq.
  “Gənclər paytaxtı”nın seçim turunda iştirak etmək üçün 26 rayon Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə sənəd  təqdim etmiş, 11-i səsverməyə buraxılmışdı. Sənədləri hazırlayarkən  RİH-nin başçısı Mirdaməd Sadıqov bizə tək məktubla yox, rayonun sosial-iqtisadi inkişafında cənab  Prezidentin İsmayıllıya səfəri zamanı razı qaldığı uğurlarla , yeniliklərlə  zəmanət verdi. Biz də rayonun ən fəal gəncləri  ilə təbliğat işini yüksək  səviyyədə qurduq. Bakı və Gəncə şəhərlərindən, Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Biləsuvar və başqa rayonlardan  da bizə dəstək durdular. Bu məqamda səs verən hər bir İsmayıllısevərə dərin təşəkkürümüzü bildiririk. Rayonumuzun “Gənclər paytaxtı” seçilməsində yorulmadan təbliğat işi aparan kollecin  bir qrup tələbəsinin, gənc müəllimlərin, Rayon təhsil şöbəsinin və  Peşə tədris mərkəzinin rəhbərliyinin daha fəal iştirakını qeyd etmək istərdim.
  01 fevral 2015-ci il tarixdə saat 2400-dək 56,1 faiz səs topladıq və qalib gəldik. Qələbəmizi yüksək təntənə ilə qeyd etmək üçün gənclərə çox gözəl şərait yaradıldı. Fevralın 2-də Azərbaycan Gəncləri gününü rayon icra hakimiyyətinin hərtərəfli dəstəi ilə bayram  edib, 10 nəfər gənclə Bakıya yola düşdük. “Gənclər paytaxtı”nın simvolik açarını alıb İsmayıllıya qayıtdıq.
    “Gənclər paytaxtı” ilinin hədəflərini və bu hədəflərə çatmaq mexanizimini müəyyənləşdirmişik. Rayon İcra Hakimiyyətinin  təşkilatçılığı və dəstəyi ilə bir neçə gündən sonra regional gənclər  forumu keçirəcəyik. Cari və perspektiv  fəaliyyət istiqamətlərimiz forumda bir daha dəqiqləşdiriləcək.
       Yolumuz yüksəlişə, vətənə,  dövlətə və  dövlətçilyə xidmətə doğrudur

Keçidlər