Şriftin ölçüsü :

Saytın rəngi :

Regional seminar

04 aprel 2013 | 15:00

Aprel ayının 3-də rayonun Gənclər Mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Göyçay Regional Şöbəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə seminarı keçirilmişdir. Seminarda İsmayıllı, eləcə də Şamaxı rayonlarının bələdiyyə sədrləri və bələdiyyələrdə çalışan mühasiblər iştirak etmişlər.
Əvvəlcə bələdiyyə reqlamenti mövzusu ətrafında son dəqiqləşmələr diqqətə çatdırılmışdır. Burada bələdiyyə işinin təşkili, iclasların keçirilməsi, iclas protokollarının tərtibi barədə tövsiyələr seminar iştirakçılarına çatdırılmışdır.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə hazırladıqları “Bələdiyyələrdə mühasibat uçotunun təşkili”  adlı metodik vəsait  bələdiyyələrin mühasiblərinə paylanmışdır.

Seminarın təşkilatçılarından Zöhrab Fərəcov, Mehdi Abdullayev və Murad Nuriyev görüşün keçirilmə məqsədini açıqlamış, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.

Seminarın gündəliyinə uyğun olaraq, nahar fasiləsindən sonra mövzu ətrafında müzakirələr davam etdirilmişdir. Bələdiyyə sədrləri və mühasiblər çıxışlarında bir sıra maraqlı təkliflər irəli sürmüşlər.

Keçidlər