Şriftin ölçüsü :

Saytın rəngi :

2015-ci il “Kənd Təsərrüfatı ili” elan edilmişdir

06 fevral 2015 | 16:00

2015-ci ilin “Kənd Təsərrüfatı ili” elan olunması ilə əlaqədar aqrar sahənin inkişaf etdirilməsi və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə qarşıda duran vəzifələr barədə” 06 fevral 2015-ci il tarixində Rayon İcra Hakimiyyətində rayonun aqrar sahəsində fəaliyyət göstərən iş adamları, fermerlər, kənd təsərrüfatı məhsulları istehsalçıları, RİHB-nın İƏD üzrə nümayəndələrinin və bələdiyyə sədrlərinin iştirakı ilə geniş müşavirə keçirildi.
Müşavirəni giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov açmışdır. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə  2015-ci il respublikamızda “Kənd Təsərrüfatı ili” elan edildiyini və ölkə rəhbərinin regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda aqrar sahənin prioritet sahə olduğunu, kənd təsərrüfatında səmərəliliyin artırılması, ərzaq təhlükəsizliyinin böyük önəm daşıdığını, istifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmasının əhəmiyyətini, torpaqların elektron uçot sisteminin aparılmasının vacibliyini və üçüncü “Dövlət Proqramı”nın icrası başa çatdıqda bütün kənd təsərrüfatı məhsulları ilə özümüzü tam təmin etməli olduğumuzu bildirdiyini qeyd etmişdir.
Sonra RİHB-nın müavini, aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov “Kənd təsərrüfatının intensiv istiqamətində həyata keçiriləcək tədbirlər, yeni istehsal sahələrinin təşkili, qarşıda duran vəzifələr barədə” məruzə etmişdir.
Məsələ ətrafında müzakirələrdə Nikitin adına kolxozun sədri Nikolay Dubrovin, Rayon Aqrokimya Laboratoriyasının müdiri Ağarza Zülfüqarov, Sumağallı kəndində parnik təsərrüfatı ilə məşğul olan Seymur Rəsulov, üzümçü mütəxəssis Vahid Kərəmov, RİHB-nin Qubaxəlilli İƏD üzrə nümayəndəsi Yaşar Calalov və başqaları çıxış etmişlər.
Daha sonra Kənd Təsərrüfatı Nazirinin müşaviri, iqtisad elmləri doktoru Rəsul Balayev “Aqrar sahənin inkişafı: Reallıqlar və perspektivlər” mövzusunda geniş çıxış etmiş və məsələ ətrafında tədbir iştirakçılarını maraqlandıran bir çox məsələlərə aydınlıq gətirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müşavirədə yekun nitq söyləmişdir.

Keçidlər