Şriftin ölçüsü :

Saytın rəngi :

Əhalinin tibbi müayinədən keçirilməsinə start verilib

09 fevral 2015 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin tapşırığına əsasən fevralın 2-dən mayın 1-dək respublika əhalisinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulub.
Bununla əlaqədar rayonumuzda da mühüm tədbirlər həyata keçirilir. Bu məsələ ilə bağlı tapşırıqların icrasını təmin etmək və tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsinə nail olmaq məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov sərəncam imzalamışdır. Sərəncama əsasən rayon əhalisinin tibbi müayinədən keçirilməsini təşkil etmək üçün komissiya, işçi qrupu yaradılmış, kollektivlər və ərazilər nəzərə alınmaqla xüsusi qrafik hazırlanmışdır. Sərəncamdan irəli gələn məsələlərin icrası ilə əlaqədar 9 fevral 2015-ci il tarixdə RİH-də aidiyyəti qurum və şəxslərin iştirakı ilə müşavirə keçirilmişdir. Müşavirədə tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin təşkili üçün Rayon Mərkəzi Xəstəxanasına tapşırıqlar verilmiş, həmçinin Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndələrinə, idarə və təşkilat rəhbərlərinə tədbirin yüksək səviyyədə təşkili üçün əhali arasında geniş təşkilati izahat işləri aparmaq tapşırılmışdır.

Keçidlər