Şriftin ölçüsü :

Saytın rəngi :

Dəyirmi masa keçirildi

12 fevral 2015 | 16:00

12 fevral 2014-cü ildə RİH-nin Aqrar məsələlər şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  bir qrup təcrübəli kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə dəyirmi masa keçirildi.
   Tədbirdə RİH-nin müavini Aqrar məsələlər şöbəsinin müdiri Həsən Həsənov  giriş sözü ilə çıxış edərək  rayonun aqrar sahəsində  qarşıda duran vəzifələrdən danışdı və 2015-ci ilin  kənd təsərrüfatı ili elan olunduğundan üzərimizə çox mühüm vəzifələrin  düşdüyünü bildirdi. Keçirilən tədbirdə  söyləniləcək təkliflərin  rayonun aqrar sahəsinin inkişafı üçün  vacib əhəmiyyət daşıyacağını qeyd etdi.
    Sonra dəyirmi masa iştirakçıları çıxış edərək  kənd təsərrüfatının inkişafı istiqamətində daha vacib əhəmiyyət daşıyan məsələləri bildirdilər.
    Rayonun müxtəlif ərazilərini təmsil edən  mütəxəssislər  hər zonanın ixtisaslaşmasına  uyğun təkliflərini verdilər.
    Tədbirdə toxumçuluğun inkişafı və yeni toxumçuluq təsərrüfatının  yaradılması, suvarma sistemlərindən  istifadə, suvarmanın tətbiqi  və genişləndirilməsi, müasir istixanaların yaradılması, açıq sahə tərəvəzçiliyinin inkişafı, kooporesiyaların və iri fermer təsərrüfatlarının yaradılması  istiqamətində lazımi işlərin davam etdirilməsi, mineral gübrələrin tətbiqinin genişləndirilməsi, yeni meyvə və üzüm bağlarının salınması, kənd təsərrüfatının  daha dolğun təmin edilməsi və digər məsələlər ətraflı müzakirə olundu.

Keçidlər