“İsmayıllı Azərbaycanın Gənclər Paytaxtıdır!”
14 fevral 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “Qala” şadlıq sarayında “İsmayıllı Azərbaycanın Gənclər Paytaxtıdır!” devizi altında regional gənclər forumu keçirildi.
Forumda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Novruzəli Aslanov, Hüquq-mühafizə orqanlarının rəhbərləri, o cümlədən Göyçay, Qəbələ, Ağsu, Şamaxı və Zərdab rayonlarınından gələn qonaqlar da iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Milli Məclisin deputatı Novruz Aslanov çıxış edərək əsasını ulu öndər Heydər Əliyevin qoyduğu gənclər siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışdılar. Hər bir Azərbaycan gəncinin ölkəmizin mənafeləri naminə öz bilik və bacarıqlarını, yaradıcı potensiallarını nümayiş etdirmələrinin vacibliyini vurğulandı. İsmayıllı gəncləri rayonun sosial-iqtisadi inkişafına qoşulub, yeni düşüncə tərzi ilə onun inkişafının fəal iştirakçısına çevrildiyi qeyd edildi.
Rayon İcra başçısı Mirdaməd Sadıqov “Gənclər paytaxtı”nın simvolik açarını rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehova təqdim etdi, bundan sonrakı fəaliyyətlərində gənclərə uğurlar arzuladı.
Gİİ-nin rəisi Taleh Salehov tədbirdə iştirak edən qonaqları salamladı və İsmayıllının “Gənclər paytaxtı” seçilməsində dəstək olan hər kəsə minnətdarlığını bildirdi.
Forumda çıxış edənlər ölkə Prezidenti cənab İlham Əliyevə rayonumuza göstərdiyi diqqət və qayğıya görə öz təşəkkürlərini bildirdilər.
Tədbir bədii konsert proqramı ilə başa çatdı.