Şriftin ölçüsü :

Saytın rəngi :

Yapon qonaqlar İsmayıllıda

20 fevral 2015 | 16:00

İsmayıllı şəhəri ilə Yaponiyanın İto şəhəri qardaşlaşandan sonra nümayəndə heyətlərinin qarşılıqlı səfərləri intensivləşib. Fevralın 19-da İsmayıllıya səfər edən İtonun Beynəlxalq Qonaqlama Təşkilatının 3 üzvü İşida Kazuko, Şuzuki Mitsue və Mori Ryakodur 19 fevral axşam üstü İsmayıllıya gəlmiş, “Qaya” turizm-istirahət mərkəzində gecələmişlər.
20 fevral 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov RİH-də nümayəndə heyətini qəbul edib. Səmimi çay süfrəsi arxasında keçən görüşdə hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunmuş, qardaşlaşmış şəhərlərin perspektiv işgüzar əlaqələrindən danışılmışdır.
Yaponiyanın İto şəhər nümayəndə heyəti yaponların incəsənət nümunəsi və dostluq simvolu olan “Hina Ninqyou” gəlinciyini Rayon İcra Hakimiyyətinə hədiyyə etmişdir. Səfərin əsas məqsədi mart ayında Yaponiyalı şagirdlərin İsmayıllıya səfəri ilə bağlı hazırlıq işlərinə başlamaq olmuşdur. Qonaqlar bu məsələ ilə əlaqədar 1 saylı tam orta məktəbində və ailələrdə olmuşlar.
Nümayəndə heyəti Heydər Əliyev mərkəzindəki yapon bağına, son illər İsmayıllıda yeni tikilmiş binalara və parklara baxmışlar. Fevralın 22-də yola düşəcək qonaqlar rayonun bir çox yerlərində olacaq, yapon uşaqlarını qəbul edəcək ailələrlə görüşəcəklər.

Keçidlər