Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsini unutmamalıyıq!

25 fevral 2015 | 16:00

İsmayıllı Uşaq Yaradıcılıq Mərkəzində 25 fevral 2015-ci il tarixdə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirildi.
Əvvəlcə Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirin aparıcısı, İsmayıllı Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva bildirdi ki, fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda miqyasına və qəddarlığına görə bəşər tarixində azərbaycanlıllara qarşı misli görünməmiş soyqırım törədilib.
Sonra məktəblilər hazırladıqları ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Şagirdlər o gecənin dəhşətlərini, ağrı-acısını söylənən şeirlərlə, səhnəciklərlə göstərməyə çalışdılar.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxış edərək xalqımıza qarşı törədilən milli qırğının heç vaxt undulmayacağını, erməni vandallarının öz cəzəasına çatacaqlarını qeyd etdi.
RTŞ-nın müdiri Rasim Orucov diqqətə çatdırıb ki, gənclərimiz Xocalı faciəsini yaddaşlarına əbədi həkk etdirməlidirlər. Bu hadisə gənclərimizin qan yaddaşıdır.
     Sonda şeir, rəsm müsabiqələrinin, İsmayıllı Rayon Təhsil Şöbəsi və İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş tutan inşa-yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı., onlara Diplom və Fəxri fərmanlar verildi.

Keçidlər