Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faiəsinin ildönümü qeyd edilib

26 fevral 2015 | 16:00

Xocalı faciəsi Soltankənd məktəbində yad edildi

             Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. 
            Xocalı  faciəsindən  23 il  keçir   bu keçən dövr ərzində xalqımız o faciəni unutmur. Hər il 26 fevralda faciə qurbanları yad edilir.  Bu gün Soltankənd kənd tam orta  məktəbinin   kollektivi də bu faciəni yad edib.
             Tədbirdə məktəbin direktoru  Sabir Məhərrəmov  çıxış edərək faciə  haqqında bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün başlanmış "Xocalıya ədalət" beynəlxalq kampaniyası haqda ətraflı məlumat verdi.  "Xocalıya ədalət" beynəlxalq kampaniyası 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmışdır. Aparılan təpliğat və təşviqat tədbirləri nəticəsində artıq dünyanın bir neçə ölkəsi Xocalı  faciəsini soyqrım kimi qəbul edib. Bu kampaniya bundan sonrada davam edəcək.
              Tədbir məktəblilərin hazırladığı  "Xocalıya ədalət" bədii  kompozisiya  və Xocalını unutmadıq şüarının  nümayişi ilə başa çatıb.

******

İsmayıllı rayon Musa Piriyev adına Tircan kənd tam orta məktəbində “Xocalını dünyaya necə tanıda bilərik” mövzusunda tədbir keçirildi. Xocalıda şəhid olmuş insanların ruhları 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər çəkdikləri rəsmlərin təqdimatında Xocalıda baş vermiş dəhşətli mənzərələri əks etdirdilər. Məktəbin tarix-coğrafiya müəllimi Gülyanaq Əliyeva dərin çıxışı zamanı ermənilərin Xocalıda başımıza gətirdiyi dəhşətli anlardan danışdı. Şagirdlərin hazırladığı səhnəciklər, videolentlər ürəkağrısı ilə dinlənildi.

*****
İsmayıllı rayonu H.Abbasov adına Qaraqaya kənd ümumi orta məktəbində  Xocalı soyqırımının 23-cü ildönümünə və şəhid Tərlan Hüseynova həsr olunmuş tədbir keçirildi. Tədbirdə məkəbin direktoru Asif Soltanov, tarix müəlliməsi Aytəkin Əhmədova çıxış edərək  XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından, könüllü olaraq müharibəyə getmiş və Qarabağda gedən döyüşlərdə həlak olmuş kəndin yetirməsi olmuş Tərlan Hüseynovdan danışdılar.
Sonda şagirdlərin ifasında şerlər deyildi, kompozisiya dinlənildi.

*****

Uştal kənd tam orta məktəbində Xocalı faciəsinin 23-cü ildönümü münasibətilə valideynlərin və kənd sakinlərinin iştirakı ilə tədbir keçirildi.Əvvəlcə Xocalı faciəsi qurbanlarının və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru Qeyis Fərmayılov çıxış edərək Xocalı faciəsindən danışdı.  Sonra Xocalı faciəsinin canlı şahidi, valideyn, hal-hazırda Uştal kəndində yaşayan Hüseynov Eldar Cəbrayıl oğlu cıxış edərək o faciəli gecənin dəhşətlərini tədbir iştirakçılarına xatırlatdı. Məktəbin şagirdləri Xocalı şəhidlərinə aid şerlər söylədilər. Məktəbin tarix müəllimi Dilqəm Əzimov çıxış edərək Xocalı şəhərinin tarixi barədə tədbir iştirakçılarına məlumat verdi.

Keçidlər