Şriftin ölçüsü :

Saytın rəngi :

Komputer mühəndisliyi kursları başladı

04 aprel 2013 | 15:00

Aprel ayının 1-dən etibarən rayonda yaradılmış mərkəzdə komputer mühəndisliyi kursları başladı. Kursda iştirak etmək üçün rayonun müxtəlif yerlərindən 40 nəfərdən çox informasiya texnalogiyaları sahəsində həvəsli, potensiallı gənclər dəvət edilmişdir. Dərslər mütamadi olaraq 1 ay ərzində həftənin 5 günü, gündə 2 saat keçirilir. Kursun mövzuları aşağıda qeyd edilmişdir:
• Komputerin fiziki hissələri (hardware),
• Komputerlərə texniki xidmətin göstərilməsi,
• Proqram təminatı (software),
• Windows XP 7 / 8 yenidən yüklənməsi,
• Antivirusların yazılması,
• Tətbiqi və xidməti proqramların yazılması,
• Lokal şəbəkələrin yaradılması, faylların paylaşımı, "workgroup" anlayışı,
• "Remote" qoşulmaq, "Windows"-da "Remote Desktop" qoşulmalar, "Teamviewer", "Remote desktop",
• ADSL modemlərin sazlanma məntiqi,
• Şəbəkənin qurulması.
Qeyd edək ki, bu kurs birinci mərhələ üçündür. Kursu uğurla keçmiş üzvlərdən ibarət texniki qrup yaradılacaq və onlara peşəkar təlimçilər tərəfindən daha yuxarı səviyyəli (sistem administratoru və s. istiqamətlər üzrə) dərslər keçiriləcək.

Texniki qrupa qəbul edilmiş şəxslər, digər yaradılacaq qruplardakı üzvlərə təlimlər keçmək, müəssisələrə təcrübə proqramına göndərilmək və informasiya texnalogiyaları sahəsində işlərə cəlb edilmək şansı qazanacaqlar.

Keçidlər