Rayon ərazisində tibbi müayinə davam edir
02 mart 2015 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-dən mayın 1-dək respublika əhalisinin tibbi müayinədən keçirilməsi İsmayıllı rayonunda da davam etdirilir. Əhalinin tibbi müayinəsini aparan həkim məntəqəsi üzrə 1 mart 2015-ci il tarixədək 26554 nəfər tibbi müayinədən keçmişdir. Onlardan 443 nəfər ambulator, 50 nəfər stasionar müalicəyə qəbul olunmuş, 15 nəfər isə müalicə almaq üçün bakı şəhərinə göndərilmişdir.