Eroziyaya Qarşı Mübarizə proqramı müzakirə edildi
2 mart 2015-ci il tarixdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri - Qiymətləndirmə qrupunun rəhbəri Isabel Hinrixsen, Qiymətləndirmə qrupunun eksperti Stefan Elsinq, GİZ-in “Cənubi Qafqazın Dağlıq Ərazilərində Torpaq Eroziyasına qarşı Mübarizə Proqramı”nın layihə rəhbəri Peter Sass, “Cənubi Qafqazın Dağlıq Ərazilərində Torpaq Eroziyasına qarşı Mübarizə Proqramı”nın milli kordinatoru Elməddin Namazov, GİZ-in “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarə Olunması” proqramının Azərbaycan üzrə layihə rəhbəri dr Oliver Köqler və GİZ-in “Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarə Olunması” proqramının eksperti Stefanie Kaupa İsmayıllı rayonuna səfər ediblər.
Səfər çərçivəsində RİH-nin başçısı Mirdaməd Sadıqovla görüşən qonaqlar İsmayıllı rayonunda icra olunan Eroziyaya Qarşı Mübarizə proqramının bu günədək olan nailiyyətlərini birgə qiymətləndiriblər. Görüşdə həmçinin növbəti illərdə gələcək əməkdaşlıq imkanları müzakirə olunmuşdur.