İsmayıllı şəhərində “Od çərşənbəsi” münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirildi
Azərbaycan Respublikası Prezidentinin Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16.01.2014-cü il il tarixli 221 nömrəli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkaları artıq rayonumuzda ənənəvi hal almışdır.
Novruz bayramının gəlişi münasibətilə bütün çərşənbələrdə, eləcə də bayram qabağı rayon ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulmuşdur.
03 mart 2015-ci il tarixdə İsmayıllı şəhərində “Qala divarları”nın önündə “Od çərşənbəsi” münasibətilə yarmarka keçirildi. Yarmarkada rayonun Qubaxəlilli, Qurbanəfəndi, Qalınçaq, Qoşakənd və İsmayıllı şəhərində fəaliyyət göstərən fermerlərin istehsal etdikləri, eləcə də Nikitin adına kolxozun məhsulları satışa çıxarılmışdır. Sahibkarlar tərəfindən satışa çıxarılan meyvə-tərəvəz, ət, süd, yağ, pendir, xama, arpa, buğda və digər məhsulların bazar qiymətlərindən 25-30% aşağı qiymətə satılması əhali tərəfindən rəğbətlə qarşılanmışdır.