İdmançılar bayramlarını qeyd edirlər.
Bir sıra idman növləri üzrə rayon yarışları keçirildikdən sonra Bədən Tərbiyəsi və İdman günü Heydər Əliyev Mərkəzində qeyd olunmuşdur.
Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov tədbiri açmış, RİH başçısının müavini Həsən Həsənov idmanın inkişafı sahəsində son illər qazanılan uğurlardan, bu istiqamətdə qarşıda duran daha mühüm vəzifələrdən danışmış, idmançıları bayramları münasibətilə təbrik etmişdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşı Tofiq Eyvazov çıxışı zamanı gəncləri və idmançıları İsmayıllının “Gənclər paytaxtı” seçilməsi münasibətilə təbrik etmiş, Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətova Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Kamil Qafarova Azərbaycan respublikasının idman ustası fəxri adlarının vəsiqəsini təqdim etmişdir.
Mütəşəkkil yarış keçirən OİK-ləri sırasında birinci yer tutduğu üçün bu uğuru əks etdirən Diplom Olimpiya İdman Kompleksinin kollektivinə təqdim olunmuşdur.
Bədən Tərbiyəsi və İdman günü ilə əlaqədar keçirilən tennis, atletika, voleybol, şahmat üzrə yarışlarda qalib gələn idmançılar rayon RGİİ-nin diplomları və qiymətli hədiyyələri verilmişdir.
Tədbirdə ağır atletika üzrə Beynəlxalq dərəcəli hakim Asif Məlikov iştirak etmişdir.