Şəhid ər oğulların sədaqətli xanımları ilə görüş
2015-ci il martın 5-də Rayon İcra Hakimiyyətinin akt zalında İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov 8 mart Beynəlxalq qadınlar günü münasibətilə şəhid ailələrinin qadın üzvləri ilə çay süfrəsin arxasında görüş keçirdi. Görüşü RİH-nin başçısı Mirdaməd Sadıqov açaraq xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, onlara can sağlığı xoşbəxt həyat, uzun ömür arzuladı. Bütün qadınların fərqli olaraq şəhid xanımlarının daha dəyanətli, daha iradəli olduqlarını dedi, vətən qarşısında böyük xidmət göstərdiklərini qeyd etdi. Qeyd etdi ki, Vətənin rifahı, ölkənin müstəqilliyi, xalqın xoşbəxtliyi naminə canını qurban vermiş Azərbaycan övladlarının ölməz xatirəsi daim qəlblərdə yaşayır və yaşayacaqdır. Xanımlara RİH-nin bayram hədiyyələri təqdim olundu.
Daim qayğısı əhatəsində olduqları üçün şəhid ər oğulların sədaqətli xanımları cənab Prezident İlham əliyevə dərin minnətdarlıqlarını bildirdilər.