Ulu Öndər Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə II yarımilin ilk açıq dərsi keçirildi.
06 mart 2015 | 16:00
Mart ayının 6-da Heydər Əliyev Mərkəzində rayonun Kürdmaşı, Quşencə, və Aşıqbayram kənd tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə Ulu Öndər Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi məqsədilə II yarımilin ilk açıq dərsi keçirildi. Dərsdə 52 şagird iştirak edirdi.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və dövlətçilik fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotoşəkillərlə və yaradıcılıq dərnəkləri ilə tanış oldular. Sonra Ulu öndər haqqında film nümayiş etdirildi.
Hacıhətəmli kənd tam orta məktəbinin tarix müəllimi Nazim Ağakişiyev “Heydər Əliyev Azərbaycanın qurucusu və memarıdır” mövzusunda məruzə etdi.