Şriftin ölçüsü :

Saytın rəngi :

Qadınlar təşkilatlanır

05 aprel 2013 | 15:00

4 aprel 2013-cü il tarixdə 340 nümayəndənin iştirakı ilə “Gənclər Mərkəzi”ndə rayon qadınlarının konfransı keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov konfrans iştirakçılarını salamlamış və bildirmişdir ki, qadınların ictimai fəaliyyətini artırmaq üçün bundan sonra daha çox iş görüləcək. Yeni iş yerləri, tikiş və toxuculuq fabrikləri açılacaq, xalçaçılıq bərpa ediləcək. Milli-mənəvi və ailə dəyərlərinin qorunması və gələcək nəsilllərə ötürülməsi üçün tələb olunan şərait yaradılacaq. Hər bir ailənin əmək qabiliyyətli üzvlərinin işləməsi və ümumilikdə rayonun sosial həyatının zənginləşməsi üçün yeni-yeni layihələr həyata keçiriləcək.
RİH başçısının müvini Əzizə Vahabova rayonda dövlət qadın siyasətinin həyata keçiriləsi vəziyyəti barədə məruzə etmişdir. Filologiya üzrə fəlsəfə doktoru Sevda Qasımova, Ailə və Uşaqlara dəstək mərkəzinin əməkdaşı Gülnar Mikayılova, ictimai fəallığı ilə seçilən jurnalist Lətifə Əliyeva, İvanovka kənd tam orta məktəbinin direktor müavini Nadejda Jabina və başqalarının çıxışları dinlənilmişdir.
Ailə, Qadın və Uşaq Problaemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dövlət qadın siyasətinin həyata keçməsində əldə olunan nailiyyətlərdən və qarşıda duran həlli vacib problemlerdən, gender proqramına uyğun aparılan işlərdən danışmışdır.
Azərbaycan qadınlarının IV qurultayına 14 nümayəndə seçilmışdir.

Keçidlər