Yel çərşənbəsi qeyd edildi
10 mart 2015 | 16:00
10 mart 2015-ci il tarixdə “Novruz”un müjdəçisi olan üçüncü çərşənəbə yel çərşənbəsi Rayon İcra Hakimiyyətinin təşəbbüsü Rayon Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə geniş qeyd edildi. Çərşənbə şənliyində Mərkəzi Meydanda tonqal qalandı və Mədəniyyət Mərkəzinin musiqi kollektivinin hazırladığı konsert proqramı nümayiş olundu. Novruz bayramının simvolu olan Kosa və Keçəlin gəlişi tədbiri daha da şənləndirdi.
Milli-mənəvi dəyərlərə söykənən ziyalılar, “Gənclər paytaxtı”nın gəncləri çərşənbə axşamını böyük bayrama çevirdilər.
Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq çərşənbələr Novruz bayramı səviyyəsində qeyd olunur.