“Leyli və Məcnun” operası İsmayıllı səhnəsində
Mart ayının 14-də İsmayıllı Mədəniyyət Sarayında Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə layihəsi olan Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası keçirilib.
Operada Leyli partiyasını Azərbaycan Respublikasının Xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu isə Xalq artisti Mənsum İbrahimov ifa ediblər.
Tamaşa Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunub.
“İrəli ” İctimai Birliyinin “Gənc əkinçi” layihəsinin 40 nəfər iştirakçısı da tamaşaya baxıblar.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yüksək sənət nümunəsi göstərdikləri üçün tamaşanın iştirakçılarına, xüsusilə Nəzakət Teymurovaya və Mənsum İbrahimova təşəkkürünü bildirmiş, yeni yaradıcılıq uğurları arzulamışdır.
Tamaşaçılar çoxsaylı gül dəstələri ilə bütün ifaçılara minnətdarlıqlarını çatdırmışlar. Mənəvi quruculuq sahəsində “Leyli və Məcnun” operasının tamaşası rayonda son illərin ən böyük layihəsi oldu.