Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti nümayəndə günü keçirildi

16 mart 2015 | 16:00

16 mart 2015-ci il tarixdə RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iclas keçirildi. Tədbiri giriş sözü ilə RİHB-nın müavini H.Həsənov açaraq İƏD üzrə nümayəndələri Novruz bayramı münasibəti ilə təbrik edərək iclasın gündəliyi ilə tanış etdi və qarşıda duran vəzifələrdən danışdı. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov “Novruz” bayramının keçirilməsi ilə bağlı RİHB-nın sərəncamı ilə təsdiq edilmiş tədbirlər planı ilə nümayəndələri tanış etdi. RİH başçısını İƏD üzrə nümayəndələrinə Novruz bayramınadək şəhər, qəsəbə və bütün kənd ərazilərində təmizlik işləri aparmaq, hər bir sahədə səliqə-səhman yaratmaq, yol kənarlarında ağac əkmək, yaşıllaşdırma işlərini davam etdirmək və bayram günlərində gücləndirilmiş iş rejimində işləmələri barədə müvafiq tapşırıqlar verdi.

Keçidlər