Peşə Tədris Mərkəzində bayram
17 mart 2015 | 16:00
17 mart 2015-ci il tarixdə İsmayıllı rayon Peşə Tədriz Mərkəzində ilin axır çərşənbəsi olan torpaq çərşənbəsi mərkəzin tələbələrinin hazırladığı konsert proqramı, meydan oyunları və novruzun atributları olan Kosa - Keçəlin iştirakı ilə qeyd olunmuş, milli rəqslər, bahar ruhlu mahnılar ifa olunmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin əməkdaşları, Gənclər və İdman İdarəsinin rəisi, İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin kollektivi də iştirak etmişdir. Tədbirdə iştirak edən qonaqlar çıxış edərək bayram münasibətilə Peşə Tədrisi Mərkəzinin müəllim və şagird kollektivini təbrik etmişlər.