Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlı şagirdlər Yapon dilini öyrənir

13 mart 2015 | 16:00

İsmayıllı şəhər 1 saylı tam orta məktəbində   Yapon dili SALJ kursuna ( Azərbaycanlı şagirdlər Yapon dilini öyrənir) start verilib.
13 Mart 2015-ci ildə İsmayıllı şəhər 1 tam saylı orta məktəbdə Ş.Rəsulovun rəhbərliyi , A.Əhmədovanın koordinatorluğu ilə Yapon Mərkəzində  distant Yapon dili kursuna başlanılıb.  Kurs müəllimi yaponiyalı  Sensey Konişidir. Dərsin materialları şagirdlərə email vasitəsilə 2 gün öncədən göndərilir və sonra kursda iştirak edən 6 şagirdin hər birinın verilmiş tapşırığı “skayp”da Sensey Konişi tərəfindən müzakirə edilir. Kurs ərzində amazon.com saytından sifariş verilmiş “Minna no Nihongo” kitabından istifadə olunacaq. Onlayn “SALJ” (Students of Aerbaijan Learning Japanese) proqramında iştirak edən şagirdlər Şamxal İsrayılzadə, Ülkər Aslanlı, Aysu Cəfərova, Zəminə Əkbərova və Lalə Ağayeva onlayn kursda iştirak edə  bilməyən, ancaq Yapon dili öyrənmək həvəsində olan digər şagirdlərə könüllü olaraq öyrəndiklərini  öyrədirlər.

Keçidlər