Şriftin ölçüsü :

Saytın rəngi :

Novruz bayramı münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası və sərgisi

20 mart 2015 | 16:00

İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 14 mart 2015 -ci il tarixdən şəhər ərazisində başlanılan kənd təsərrüfatı məhsullarının satış yarmarkası 20 mart 2015-ci il tarixdə də davam etdirildi. Yarmarkanın davam etdiyi 7 gün ərzində 12 min nəfərdən artıq rayon sakininə bazar qiymətlərindən 20-25% ucuz qiymətə 11 tondan artıq meyvə-tərəvəz, 4 tona yaxın ət məhsulları, 10 tondan artıq  süd və süd məhsulları, 20 tona yaxın taxıl məhsulları satıldı.
Bugün həmçinin satış yarmarkası ilə yanaşı “Qala divarı”nın qarşısında  Novruz bayramı münasibətilə rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgisi də keçirildi.
Yarmarkanın xidmətindən istifadə edən  rayon sakinləri, eləcə də qonaqlar bu səviyyədə yarmarkanın və sərginin təşkilindən razı qaldılar.

Keçidlər