Soyqırım gününə həsr olunmuş mərasim
30 mart 2015-ci il tarixdə Rayon Mədəniyyət sarayında 31 Mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar mərasim keçirildi. Rayon İcra hakimiyyətinin başçısının müavini Sevil Əhmədova mərasimi giriş sözü ilə açaraq qeyd etdi ki, XIX əsrin əvvəllərindən başlayaraq azərbaycanlılara qarşı ermənilər tərəfindən mərhələ-mərhələ, ardıcıl şəkildə soyqırım siyasəti həyata keçirilmişdir. Etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız misli görünməmiş itkilərə məruz qalmış, tarixin ən dəhşətli faciələri ilə üzləşməli olmuşdur. Sonra soyqırım zamanı şəhid olan azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Qulluğu veteranı Valeh Salehov, rayon veteranlar şurasının sədri Abduləli Əliyev , şəhər bir saylı orta məktəbin tarix müəllimi Təranə Məmmədova, Mədəniyyət srayının direktoru Təhmiraz Bayramov çıxış etdilər. Onlar dünya ölkələrinin biganə qaldıqları qətliamın türk dünyasına, azərbaycanlılara qarşı ən dəhşətli soyqırım olduğunu qeyd etdilər. Soyqırım gününə həsr olunmuş videoçarxa və uşaqların rəsm işlərinə baxıldı.