Şriftin ölçüsü :

Saytın rəngi :

“Soyqırım” abidəsi önündə mərasim keçirildi

31 mart 2015 | 15:00

31 mart  2015-ci il tarixdə İsmayıllı rayonunda Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Soyqırım”  abidəsi önündə mərasim keçirildi.  Rayon İcra hakimiyyətinin təşəbbüsü  və təşkilatçılığı ilə  “Soyqırım” abidəsinə   yüzlərlə insan yürüş etdi. Abidə önünə Rayon İcra Hakimiyyəti adından əklil qoyuldu. Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısnın birinci müavini Rövşən Ağayev  Soyqırım zamanı tökülən qanların yerdə qalmayacağından, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə torpaqlarımızın bütövləşəcəyindən, işğalçılardan tam təmizlənəcəyindən, beynəlxalq aləmin Qarabağ hadisələrinə biganə yanaşmağına baxmayaraq qüdrətli Azərbaycan ordusunun böyük qələbəyə çatacağından danışdı. Sonra soyqırım zamanı şəhid olan  azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
       Çıxış edənlər  dünya ölkələrinin biganə qaldıqları qətliamın türk dünyasına, azərbaycanlılara qarşı ən dəhşətli soyqırım olduğunu qeyd etdilər. Azərbaycanlılara qoca, cavan, uşaqlara aman verməyən  ermənilərin vandallığı bu gün də davam etməkdədir.
31 Mart Azərbaycanlıların Soyqırımı əlaqədar rayonun bir sıra qırğınlar törətdikləri kəndlərində Tircan, Hacıhətəmli  və Basqalda mərasimlər keçirilmişdir.

Keçidlər