Tircan kənd tam orta məktəbində “Azərbaycanlıların Soyqrımı Günü” ilə əlaqədar tədbir keçirilib
31 mart 2015-ci il tarixdə rayonun Tircan kənd tam orta məktəbində “Azərbaycanlıların Soyqrımı Günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Rayon İcra hakimiyyətinin başçısının müavini Mahmud Süleymanov, Lahıc, Keyvəndi, Minkə, Əhən, Brovdal və Həftəsiyab İƏD üzrə nümayəndələri iştirak etmişdilər. İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə məktəbin direktoru İlqar Gərayev xalqımızın başına gətirilən bu faciədən söz açdı. O qeyd etdi ki,soyqırım siyasəti nəticəsində xalqımız misli görünməmiş itkilərə məruz qalmış, tarixin ən dəhşətli faciələri ilə üzləşməli olmuşdur. Çıxış edənlər dünya ölkələrinin biganə qaldıqları qətliamın türk dünyasına, azərbaycanlılara qarşı ən dəhşətli soyqırım olduğunu diqqətə çatdırdılar..
Sonda məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyaya nümayiş olundu.