Şriftin ölçüsü :

Saytın rəngi :

Hacıhətəmli kəndində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirili

31 mart 2015 | 15:00

Mart ayının 31-də Hacıhətəmli kəndində 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə İvanovka, Qalagah, Qubaxəlilli, Soltankənd, Mollaisaqlı, Kürdeldarbəyli, Gəraybəyli kəndlərindən olan nümayəndələr də iştirak edirdi.
        1918-ci ildə Türk-Qafqaz Ordusunun tərkibində bu torpaqlara gəlmiş, savaşaraq şəhid olmuş türk əsgərlərinin Hacıhətəmli kənd qəbirstanlığındakı məzarları ziyarət olundu. Məzarların önünə əklil və tər güllər düzüldü, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
           İsmayıllı Rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rüstəm Səmədov çıxış edərək bu cür tədbirlərin gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə edilməsi işindəki əhəmiyyətindən söz açdı.
           Hacıhətəmli kənd tam orta məktəbinin direktoru Nazim Ağakişiyev Bakıda və ölkənin digər bölgələrində dinc azərbaycanlı əhaliyə necə divan tutulmasından danışdı.
        Təqaüddə olan tarix müəllimi Mehdi Məmmədov 97 il bundan əvvəl törədilən soyqırım dəhşətinin xalqımızın yaddaşından silinmədiyini bildirdi.. Qeyd etdi ki, 1918-ci il mart hadisələrindən sonra ermənilər İsmayıllı bölgəsində 1029 nəfər dinc əhalini vəhşicəsinə qətlə yetiriblərlər.
Hacıhətəmli kənd tam orta məktəbinin şagirdləri  ermənilər tərəfindən qətlə yetirilən minlərlə soydaşımızın, şəhid olan türk əsgərlərinin əziz xatirəsini şeirlərlə yad ediblər.
1918-ci ildə Türk Qafqaz Ordusuyla bu torpaqlara gəlmiş, savaşaraq şəhid olmuş türk əsgəri Mustafa Çavuşun və Göyçay, Qaraməryam döyüşlərində şəhid olan 13 zabit, 235 çavuşun xatirəsinə ucaldılan abidə bir qrup ziyalı tərəfindən ziyarət edildi.

Keçidlər