Basqal qəsəbə tam orta məktəbində ”31- Mart Soyqırım günü” ilə əlaqədar tədbir keçirilib
Basqal qəsəbə tam orta məktəbində ”31- Mart Soyqırım günü” ilə əlaqədar tədbir keçirildi. Tədbirdə 1918-ci ildə erməni daşnaklarının soyqırımına məruz qalan Basqal qəsəbə və ətraf kəndlərin nümayəndələri və Yap rayon təşkilatının sədri Əzizə Vahabova iştirak etdi. Tədbirdə iştirak edən Xankənd, Zeyvə, Kürdüvan, Mücü, Sulut, Qıçatan, Tağlabiyan və Bizlan kəndlərindən olan çıxışçılar da eşitdikləri və gördüklərindən, erməni vandallarının törətdikləri vəhşilikdən danışdılar. Gəncləri soyqırımı heç zaman unutmamağa, tarixi və əbədi düşmənimiz olan ermənilərə qarşı amansı olmağa səslədilər. İşğal olunmuş torpaqlarımızın azad edilməsində mübariz olmağa çağırdılar.həyata keçirməyə çalışdıqlarını çatdırdılar.
Tədbirdə erməni vandalizmini əks etdirən sənədli film nümayiş etdirildi. Sonda Basqal qəsəbə tam orta məktəbinin şagirdləri soyqırıma həsr olunmuş kompazisiya ilə çıxış etdilər.