Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Ümumrespublika Yaşıllaşdırma” marafonu mütəşəkkil keçir.

02 aprel 2015 | 15:00

İDEA İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən                    “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində 02 aprel 2015-ci il tarixində növbəti kütləvi ağacəkmə aksiyası keçirilmişdir.
Aksiya zamanı Muğanlı-İsmayıllı magistral yolunun Diyallı kəndi ərazisindən keçən hissəsinin kənarında, eləcə də bələdiyyə ərazilərində gün ərzində 1100 ədəd, ağcaqayın, göyrüş, çinar, eləcə də müxtəlif meyvə ağacları əkildi. Əkilmiş ağacların suvarılması təmin edildi.
Ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının əmək kollektivləri iştirak edirdi.
Ümumiyyətlə, mart-aprel aylarında rayon ərazisində 15 mindən artıq ağac əkilmişdir.
Ağacəkmə kompaniyası davam edir.

Keçidlər