Şriftin ölçüsü :

Saytın rəngi :

Tibbi müayinə davam edir.

02 aprel 2015 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq ölkə əhalisinin tibbi müayinədən keçirilməsi aksiyası respublikamızın hər yerində olduğu kimi, İsmayıllı rayonunda da mütəşəkkil qaydada davam etdirilir.
        Rayon Mərkəzi Xəstəxanasından bildiriblər ki, İsmayıllı rayonu üzrə 70 minə yaxın əhalinin tibbi müayinəyə cəlb olunması nəzərdə tutulub. Fevralın 2-də başlanan aksiyadan indiyədək 43 min nəfərə yaxın sakin yararlanıb. Rayonun 36 yaşayış məntəqəsində tibbi müayinələr tam başa çatıb. Müayinədən keçənlərin 852 nəfərinə ambulator müalicə təyin olunub, 105 nəfər stasionar müalicəyə cəlb edilib. Bundan əlavə, daha geniş müayinəyə ehtiyacı olan 21 nəfər paytaxtın tibb müəssisələrinə göndərilib. Müayinə olunanlar arasında ürək-damar, zob, qan təzyiqi, böyrək və revmatik xəstəliklərdən əziyyət çəkənlər çoxluq təşkil edir. Vətəndaşlara xəstəliklərin profilaktikası barədə ətraflı məlumat verilir, müvafiq müalicə kursları təyin edilir.
       Onu da qeyd edək ki, RMX tərəfindən təşkil olunan biriqadalar əlillərin, sağlamlıq imkanları məhdud olan şəxslərin tibbi müayinəsi evlərdə və yaşadıqları ünvanlarda həyata keçirir. Müayinələrin keçirildiyi tibb müəssisələrinə hər gün yüzlərlə sakin müraciət edir. Onlar əhalinin sağlamlığının qorunmasına yönələn xeyirxah aksiyanı yüksək qiymətləndirir, bu qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.

Keçidlər