Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı gəncləri “Bakı-2015” Avropa Oyunlarına könüllü oldular

02 aprel 2015 | 15:00

İsmayıllı gənclərinin könüllülük fəaliyyətini artırmaq məqsədilə 02.04.2015-ci il tarixdə rayon Gənclər və İdman İdarəsi İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində gənclərlə görüş keçirildi. Rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov könüllü və könüllülük haqqqında gənclərə məlumat verdi və bildirdi ki, kollecin açılması rayona qaynar gənclik həyatı gətirmiş və gənclərin ictimai fəallığı artmışdır.
Bu il Azərbaycanda  keçiriləcək “Bakı-2015” Avropa Oyunları ilə əlaqədar   regionlarda tədbirlər həyata keçiriləcək. Bu tədbirlərdən biri də İsmayıllı rayonunda baş tutacaq. Bu məqsədlə rayona gələn turistlərin qarşılanması, tədbirin tərtibat işlərinə kömək  göstərilməsi məqsədilə tələbələr arasından könüllülər seçilmiş  və vəzifələri barədə onlara məlumat  verilmişdir.

Keçidlər