Şriftin ölçüsü :

Saytın rəngi :

Rus dili olimpiadası keçirilmişdir.

03 aprel 2015 | 15:00

02 aprel 2015-ci il tarixdə Heydər Əliyev adına İvanovka kənd tam orta məktəbində MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə “Rossotrudniçestvo” federal agentliyinin Azərbaycan Respublikasının Nümayəndəliyi Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, Rusiya Əməkdaşlıq Təşkilatı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə zona üzrə 7-8-ci sinif şagirdləri arasında rus dili olimpiadası keçirilmişdir.
Olimpiada da İsmayallı, Bərdə və Ağdaş rayonlarından olan şagirdlər iştirak etmişlər. Bilik yarışı görkəmli rus şairi Sergey Yesenin anadan olmasının 120-ci ildönümünə həsr olunmuşdur.
Tədbirdə Rusiya İnformasiya və Mədəniyyət  Mərkəzinin rəhbəri, Rusiya səfirliyinin müşaviri Denisov  Valentin Petroviç, Rusiya əməkdaşlıq Təşkilatının Azərbaycan Nümayəndəliyinin əməkdaşı Jidkina Lyubov Timofeyovna, Azərbaycan Təhsil Nazirliyinin Nümayəndəsi Natiq Əliyev, İsmayıllı RTŞ-nin müdiri Rasim Orucov, RİH-nin baş məsləhətçisi Murad Məhərrəmov, RTŞ-si metodkabinetinin direktoru Hümbət Əsədov, İsmayıllı, Ağdaş və Bərdə məktəblərindən olan müəllim və şagirdlər iştirak etmişdilər. Olimpiada iştirakçıları və qonaqlar RİH-nin başçısı Mirdaməd Sadıqovun adından salamlanmış, belə tədbirlərin Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı əlaqələrin  inkişafında böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır.
Sonra olimpiada iki nominasiya üzrə şifahi qiraət və yazlı şəkildə keçirilmişdir.
Səfirlik nümayəndələri nümayəndələri, həmçinin Ağdaş və bərdə rayonlarından olan qonaqlar yüksək qarşılanma, əhatə olunduqları diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər