Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllimlər arasında Şahmat yarışı keçirilmişdir.

06 aprel 2015 | 15:00

Təhsil işçilərinin asudə vaxtlarını səmərəli keçirmək məqsədilə Rayonun ümumtəhsil müəssisələrinin müəllimləri arasında Azərbaycan xalqının ümummilli lideri Heyder Əliyevin anadan olmasının 92- ci ildönümünə həsr olunmuş şahmat yarışı başa çatmışdır. Yarışda 25 nəfərdən çox təhsil işçisi qədim intellektual idman oyununda  öz güclərini sınamışlar. Maraqlı keçən yarışda şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Arif Babayev I yeri, şəhər 2 nömrəli  tam orta məktəbin müəllimi Aydın Rəhimov II yeri, Qubaxəlilli kənd tam orta  məktəbin müəlllimi Famil Səfərov  III yeri, Təzəkənd kənd tam orta  məktəbin müəllimi Şərafəddin Rzayev IV yeri tutmuşlar. Qaliblər RTŞ- si və Həmkarlar İttifaqı Rayon Komitəsinin diplomu və pul mükafatı ilə qiymətləndirilmişdir. Birinci yeri tutan Arif Babayev aprel ayının sonunda Bakı şəhərində keçirilən Respublika  birinciliyinin final  mərhələsinə vəsiqə qazanmışdır.

Keçidlər