Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunu keçirildi

07 aprel 2015 | 15:00

Aprelin 7-də  2015-ci il tarixdə İsmayıllı  rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi ilə birgə böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasında kömək göstərilməsi məqsədi ilə rayon məktəbliləri arasında keçirilən “Şahin ” hərbi-idman oyunu keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Azər Abbasov, Rayon Veteranlar Şurasının sədri Abduləli Əliyev və veteran Niyaz Ağayev iştirak ediblər.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova çıxışında bildirdi ki,  yarışın məqsədi yeniyetmələrin və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasından ibarətdir.
Digər  natiqlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdilər. Dövlətimizin gənclər siyasətində hərbi-vətənpərvərlik sahəsinin mühüm yer tutduğunu vurğuladılar. Diqqətə çatdırıldı ki, dövlətimizin qayğısı nəticəsində ölkəmizdə istedadlı, çalışqan, vətənsevər, bacarıqlı gənclər yetişir. Onların inkişafı üçün dövlətimiz tərəfindən bütün imkanlar yaradılır.
Yarışda rayonun 20 tam orta məktəbi iştirak etdi. Ilk öncə komandalar təntənəli marşla tribuna önündən keçdilər və onların sıra hazırlığı səviyyəsi yoxlanıldı. Sonra “şahinlər” müxtəlif sınaqlardan keçməklə öz bacarıqlarını nümayiş etdiriblər. Yarışın nəticələrinə görə I yeri  6 №li tam orta məktəb, II yeri  Diyallı kənd tam orta məktəb, III yeri 3№li tam orta məktəb tutmuşdur.

Keçidlər