Heydər Əliyev Mərkəzində növbəti açıq dərs keçirildi
09 aprel 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində İsmayıllı şəhər 3 saylı məktəb liseyinin XI sinif şagirdləri Heydər Əliyev irsinin öyrənilməsinin növbəti məşğələsində iştirak etdilər. Dərsdə rayon İcra Hakimiyyətinin məsul işçiləri və Rayon Təhsil Şöbəsinin nümayəndələri də iştirak etdilər. Tarix müəllimi Vasif Cabbarov “Ümumilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafın təminatçısıdır” mövzsunda şagirdlərə geniş məlumat verdi. Azərbaycançılıq məfkurəsinin formalaşması, milli kadrların yetişməsi, müstəqil dövlət təsisatlarının yaranmasında Ulu Öndərin müstəsna xidmətləri qeyd edildi. Bildirildi ki, açıq dərslərin təşkilindən məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarını, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunu və xidmətlərini öyrənmək və bütün bunları gənc nəsillərə çatdırmaqdır.
Diskussiya şəraitində aparılan açıq dərsdə şagirdlərin sualları cavablandırıldı.
Sonda Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən filmə baxıldı.