Məcburi köçkünlərlə görüş
Aprel ayının 5-də Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşmüşdür.
Mirdaməd müəllim məcburi köçkünlərin sosial həyatının yaxşılaşdırılması, şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin daha böyük qayğı ilə əhatə olunması üçün həyata keçiriləcək tədbirlərdən, rayon icra hakimiyyətinin iş yerləri açılması ilə əlaqədar hazırladığı layihələrdən ətraflı bəhs etmiş, qısa müddətdə rayonunu inkişafında yaranacaq əsaslı dönüşdən danışmışdır.
“Dövlətqaçqınkom”un İsmayıllı rayonu üzrə məsləhətçisi Tahir Əliyev yerlərdəki bəzi problemləri diqqətə çatdırmışdır.
Sözü olan hər kəs dinlənilmiş, problemlərin həlli ilə bağlı tapşırıqlar verilmişdir.