Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək yarmarkası keçirildi

14 aprel 2015 | 15:00

Aprelin 14-də İsmayılı rayon Gənclər Mərkəzində əmək yarmarkası keçirildi. Yarmarkadan öncə işaxtaranlarla görüş keçirildi. Tədbiri giriş sözü ilə açan Rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Həsənov yarmarkada təklif olunan vakant iş yerləri haqqında məlumat verdi. Daha sonra çıxış edən Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin müdiri İsa Həsənov, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov əmək yarmarkalarının keçirilməsinin əhəmiyyətindən, İsmayıllı rayonunun perspektiv inkişafından danışıblar.
Yarmarkada 46-sı dövlət, qalanları özəl sektora məxsus 78 müəssisə üzrə 270-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olundu. Onlardan 122-i qulluqçu, 144-ü fəhlə peşələri üzrə olan iş yerləri idi. Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyənlərin qeydiyyatı aparıldı.

Keçidlər