Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda meşələrin mühafizəsi və bərpası istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

15 aprel 2015 | 15:00

Ağac əkmək savab əməl, nəcib iş sayılır. Odur ki, rayonumuzda ətraf mühitin mühafizəsi, ekoloji durumun yaxşılaşdırılması məqsədilə yeni yaşıllıq zolaqlarının salınması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Belə tədbirlərdən biri 15 aprel 2015-ci il tarixdə İsmayıllı rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi tərəfindən həyata keçirildi. İDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”na qoşulan, eləcə də təsdiq olunmuş “Meşə əkini və səpini” layihəsinə uyğun olaraq müəssisənin işçiləri tərəfindən Qalınçaq meşəbəyliyinin Topçu kəndi ətrafında 20 hektar ərazidə ağac əkmə aksiyası keçirildi. Əkin zamanı yerli meşə ağacları cinsindən olan akasiya, ağcaqayın, göyrüş, çinar, qovaq, söyüd, eləcə də şabalıd və qoz tinglərindən istifadə olundu.
Ümumiyyətlə, müəssisə tərəfindən həmin ərazidə 20 mindən artıq ağac tingi əkilmiş, eyni zamanda palıd və digər ağacların toxumları səpilmişdir.
Əkilən ağacların mühafizə olunub saxlanılması məqsədilə əkin aparılan sahə tikanlı məftillərlə hasara alınmış və qrafik əsasında suvarılması təşkil edilmişdir.
Ümumiyyətlə, İsmayıllı meşələrində qırıntı hallarına yol verilmir, əksinə olaraq meşələrin bərpası istiqamətində ardıcıl iş aparılır, yeni ağaclar əkilir və toxumlar səpilir.
Bundan sonra da müəssisədə bütün meşəbəyliklər üzrə meşəbərpa və tinglik səpini işləri davam etdiriləcəkdir.

Keçidlər