Cari ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələr
Aprelin 16-da Rayon Gənclər Mərkəzində İsmayıllı rayonu üzrə 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə cari il aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət rəhbərinin nitqindən irəli gələn vəzifələri iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra hesabat məruzəsi dinlənilib. Məruzədə cari ilin birinci rübündə sosial-iqtisadi, aqrar, ictimai-siyasi sahədə görülən işlər, əldə olunan uğurlar öz əksini tapıb. Çıxışda həmçinin keçən il və cari ildə inşasına, yenidən qurulmasına başlanılmış, 2015-ci ilin sonuna kimi açılışı nəzərdə tutulan layihələr barədə məlumat verilib.
Daha sonra çıxış edən Rayon Maliyyə idarəsinin rəisi Radim Müslümov, 10 saylı Yol İstismar idarəsinin rəisi Məhəmməd Musayev, Rayon Təhsil şöbəsinin müdiri Rasim Orucov, RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Həsən Həsənov qarşıda duran vəzifələrdən, həlli vacib məsələlərdən danışdılar. Çıxışlarda cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın bütün sahələrində əldə edilmiş uğurlar səsləndirilib və rayonun hesabat dövründə görülən işlərin bundan sonra da müvəffəqiyyətlə davam etdiriləcəyi vurğulanıb.
*Hesabat məruzəsi ilə buradan tanış ola bilərsiniz.