“Ümumrespublika Yaşıllaşdırma” marafonu davam edir
17 aprel 2015 | 15:00
İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonuna yerli inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyələr böyük həvəslə qoşulmuşlar. Cari ilin mart-aprel aylarında nümayəndəliklər və bələdiyyələr tərəfindən 6 mindən artıq ağac əkilmişdir. Ağacəkmə kompaniyasında İvanovka, Ruşan, Kürdmaşı və Qoşakənd bələdiyyələri xüsusilə fərqlənmişlər.
Əkilən ağacların mühafizəsi və qulluq edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu istiqamətdə bundan sonar da işlər davam etdiriləcəkdir.