Qələbənin 70 illiyi ərəfəsində veteranlarla gənclərin görüşü
İkinci Dünya müharibəsində tarixi Qələbənin 70 iliyi keçirilməsi ilə əlaqədar İsmayıllı Rayon İcra Hakimiyyəti məzmunca zəngin, formaca müxtəlif silsilə tədbirlər həyata keçirir.
20 aprel 2015-ci il tarixdə Rayon İcra Hakimiyyətinin konfrans zalına veteranlarla birgə gənclər təşkilatlarının nümayəndələri də dəvət olunmuşdu.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov müharibə veteranlarına göstərilən dövlət qayğısından, yetişən nəsillərin tərbiyəsində, vətənpərvərlik ruhunda formalaşmasında onların əvəzsiz rolundan danışdı. Qələbənin 70 illiyi münasibəti ilə fədakarlıqla döyüşüb qələbəyə çatan şərəfli veteranları təbrik etdi, onlara hədiyyələr, gül dəstələri bağışladı. Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov, YAP rayon təşkilatı gənclər birliyinin sədri Əsli Süleymanzadə qalibləri təbrik etdilər, onların həyatının gənclər üçün örnək olduğunu dedilər. Rayon ağsaqqallar şurasının sədri İnqılab Həsənov, Hərbi Xidmətə Çağrış və Səfərbərlik Xidməti rayon şöbəsinin rəisi Xamis Bədəlov yığışanları təbrik etdilər. Müharibə veteranlarından Bəyi Mirzəyev, Bilal Əliyev, Müsənnif Əkbərov, Abbasəli Abbasov, Niyaz Ağayev çıxış edib arzu və təkliflərini bildirdilər. Qayğıya görə dövlət başçısına minnətdarlıq etdilər. Mirdaməd Sadıqov rayonun sosial-iqtisadi inkişafı ilə bağlı ağsaqqallarla məsləhətləşmələr apardı, rayonu necə görmək istədiklərini onlardan soruşdu. Rayon veteranlar şurasının sədri Abduləli Əliyev Qələbənin 70 illiyi ilə əlaqədar geniş çıxış etdi və göstərilən dövlət qayğısından razılığını bildirdi.
Bu tədbirlə veteranlarla gənclərin müntəzəm görüşlərinin, qarşılıqlı fəaliyyətlərinin əsası qoyuldu. Sonda hamı yəqin etdi ki, bu əsas, bu zəmin həmişəlikdir və sosial-iqtisadi, mənəvi inkişafa böyük xeyir verməkdir.