Talış kəndində səyyar görüş-qəbul
Aprel ayının 20-də İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Talış kəndində sakinlərlə görüş-qəbul keçirib.
M.Sadıqov çıxış edərək kənd sakinlərini salamlayıb, Prezident İlham Əliyevin hər bir regiona, xüsusilə də İsmayıllıya göstərdiyi diqqət və qayğıdan, rayonda uğurla həyata keçirilən yenidənqurma işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb. Daha sonra kənd sakinlərinin müraciətlərini dinləyib.
Kənd sakinləri çıxış edərək rayonda, ölkədə görülən işlərə, həyata keçirilən layihələrə görə cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Səslənən müraciətlərin içərisində kənddə tibb məntəqəsinin və kitabxananın açılması xüsusi qeyd olunub. Sakinlər həmçinin qazılmış artezian quyusundan suların fərdi evlərə çəkilməsini, kəndin girəcəyində körpünün təmirini və kəndarası yollara çınqıl döşənməsini xahiş ediblər.