Çernobıl faciəsindən 29 il ötür
24 aprel 2015 | 15:00
24 aprel 2015-ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətində Çernobıl qəzasının 29-cu il dönümü ilə əlaqədar faciə əlilləri ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüşü keçirildi.
Tədbirdə RİHB-nın müavinləri, Gernobıl Əlilər cəmiyyətinin İsmayıllı rayon şöbəsinin sədri, idarə və müəssisə rəhbərləri iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Çernobıl iştirakçılarının sosial həyat şəraiti və sağlamlıq durumları ilə maraqlandı, onlara göstərilən dövlət qayğısının davamlı xarakter daşıyacağını bildirdi.
35 nəfər Çernobıl əlilinin hər biri Rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırıldı.