Şriftin ölçüsü :

Saytın rəngi :

Zərifə xanım Əliyeva - 92

27 aprel 2015 | 15:00

27 aprel  2015-ci il tarixdə İsmayıllı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə “Heydər Əliyev İdarəetmə Məktəbi”nin növbəti məşğələsi keçirildi. İlk olraq Heydər Əliyev Mərkəzinin foyesində Zərifə xanıma həsr olunmuş və onun sevdiyi mahnılar ifa olundu.
        Tədbir Mərkəzin konfrans zalında Zərifə xanıma həsr olunmuş filmlə başladı.
        Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov Zərifə xanımın həyatı və fəaliyyəti haqqında məruzə etdi.
       YAP rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, İvanovka kənd tam orta məktəbinin tarix müəllimi Anastasiya Jabina və pediatr həkim Məhruzə Hüseynova çıxış edərək Zərifə xanım Əliyeva şəxsiyyətinin müxtəlif istiqamətli dəyərlərini təhlili formada iştirakçılara çatdırdılar.
       Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd etdi ki, dünya təbabətində özünəməxsus yeri, Azərbaycan tibb elminin təşkilatçılarından biri olan akademik Zərifə Əliyeva fitri istedada malik alim, eyni zamanda, Tanrının Azərbaycan xalqına bəxş etdiyi heyrətamiz dərəcədə pak və nadir şəxsiyyət idi. Anadan olmasının 92-ci ildönümünü qeyd etdiyimiz bu günlərdə Zərifə xanımın sönməz ziyası onu əziz tutan insanları bir daha öz işığına toplayır, öz nuruna qərq edir.
       “Heydər Əliyev İdarəetmə Məktəbi”nin məşğələsinə gələnlər Zərifə xanımın xatirəsinə qəlblərində əbədilik xarakteri verərək, qarşıda düran vəzifələrini daha yüksək səviyyədə yerinə yetirməyə yönəldirlər.

Keçidlər