Şriftin ölçüsü :

Saytın rəngi :

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri İsmayıllıda vətəndaşları qəbul edib

29 aprel 2015 | 15:00

Aprelin 29-da İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tərəfindən vətəndaşların qəbulu keçirilib. İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarından gələn 18 nəfərin müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılıb. Müraciətlər, əsasən dini icmaların dövlət qeydiyyatı, məscidlərin tikintisi, təmiri, bərpası və yenidən qurulması, təminatı, yerlərdə dini qurumların vəziyyəti və digər məsələlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, qaldırılan məsələlərin araşdırılması və qanunauyğun həlli barədə konkret tapşırıqlar verilib. Bir sıra məsələlər yerindəcə, operativ surətdə həll edilib. Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Keçidlər