İsmayıllı yeni bir gənc ailə boyda böyüdü
Gənclərin ailə qurarkən nigahlarının Heydər Əliyev mərkəzində bağlanması bir ənənə halını alıb. Yeni ailənin əsasını qoyanlar Mərkəzə gəlməklə ulu öndər Heydər Əliyevin ruhu qarşısında and içmiş olurlar.
30 aprel 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində yeni bir ailənin əsası qoyuldu. Nigah mərasimindən əvvəl bəy (Cəlal Hüseyinli) və gəlin (Rufanə Həmidli) Heydər Əliyevin abidəsini ziyarət etdilər və abidənin önünə tər çiçəklər qoydular. Sonra yeni evlənənlərin yaxın qohumları və ictimayyət nümayəndələrinin iştirakı ilə mərasim başlandı. Rayon Qeydiyyat şöbəsinin müdiri Hüsniyə Osmanova ailənin təməli olan nigah şəhadətnaməsini gənclərə təqdim etdi, birgə həyatda onlara xoşbəxtlik və səadət arzuladı.
Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova gəncləri ürəkdən təbrik etdi, Azərbaycanın, İsmayıllının daha xoşbəxt sabahını yaratmaqda və yaşatmaqda onlara möhkəm can sağlığı, qarşılıqlı anlaşma və səadət arzuladı.Yeni ailə quranlara rayon icra hakimiyyətinin hədiyyəsi təqdim olundu. 65 il birgə ömür sürmüş Niyaz və Afər Ağayevlər də səmimi təbriklərə qoşuldular.