Şriftin ölçüsü :

Saytın rəngi :

Ruşan həmişə dövlət mövqeyindədir

09 aprel 2013 | 15:00

Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov 8 aprel 2013-cü il tarixdə Ruşan kəndində əhali ilə görüşündə çıxışa başlarkən dedi:
- Mən Ruşanı həmişə dövlət mövqeyində görmüşəm. 2005-ci ildə sizinlə görüşmüşəm. Ağsaqqal Xasay Xıdırovu onda tanımışam. Yaxşı haldır ki, o zamandan yaranan ənənələri indi də davam etdirirsiniz. Problemləriniz də mənə bəllidir. Kənddə mədəniyyət evi yoxdur, yolunuz düzəldilməlidir, qaz çəkilməlidir. Su təchizatında problemlər var. Məktəb binası yaxşı tikilməyib. Məni razı salan odur ki, çox yerlərə nisbətən az ərizə yazırsınız. Müxtəlif ünvanlara müraciət etməkdən işləməyə üstünlük verirsiniz. Lakin hələ də birgə işləməyinizi, birgə təsərrüfat yaratmağınızı görmürəm. İmtiyazlı əhali qrupuna daxil olmayan sakinlərin yardım üçün tez-tez müraciəti də normal hal hesab edilməməlidir. Biz çalışacağıq ki, hər biriniz işləyə biləsiniz. Elə şərait yaradacağıq ki, heç kim kənddə yaşamaqdan narahat olmasın. Problemləriniz də ardıcıl olaraq öz həllini tapacaq. Qüdrətli dövlətimiz hər bir vətəndaşın arxasında durur.
Şəhidin həyat yoldaşı Xədicə Mirzəyeva evinin əsaslı təmirinə köməklik göstərilməsini xahiş etdi. Yerindəcə vəsaitin mənbəyi göstərildi, təmir üçün vaxt müəyyənləşdirildi.
Səfər Məmmədov, İnqilab Məmmədov, Rəfiqə Salehova və başqaları müxtəlif məsələlərdən danışdılar. Diqqətə çatdırılan hər bir problemlə əlaqədar konkret tapşırıq verildi.
Buradakı görüş-qəbulda sakinlər daha çox ictimai xarakter daşıyan, hamıya aid olan məsələlərdən danışdılar. Nəticələrdən hamı razı qaldı.

Keçidlər